Azərbaycan Dövlət Neft Fondunun 2015-ci il üzrə gəlir və xərcləri açıqlanıb

Azərbaycan Dövlət Neft Fondunun 2015-ci il üzrə gəlir və xərcləri açıqlanıb Fond ötən il dövlət büdcəsinə 8,13 mlrd. manat köçürüb
Maliyyə
1 Mart , 2016 10:16
Azərbaycan Dövlət Neft Fondunun 2015-ci il üzrə gəlir və xərcləri açıqlanıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il ərzində büdcə gəlirləri 7 721,1 mln. manat, büdcə xərcləri isə 9 187,7 mln. manat təşkil edib.

Fonddan "Report"a verilən məlumata görə, 2015-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 385,5 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 369,6 mln. manat, akrhesabı ödənişlər 2,2 mln.manat, bonus ödənişləri 2,1 mln. manat və tranzit gəlirləri 11,6 mln. manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar gəliri 23 217,8 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 130,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150,0 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 61,5 mln. manat ayrılıb. Ötən il 35,5 mln. manat vəsait Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. Cənub Qaz Dəhlizi layihəsi üzrə isə 692,8 mln. manat vəsait ayrılıb. 

Qeyd edək ki, Neft Fondunun 2015-ci il ərzində idarə edilməsi ilə bağlı xərcləri 27,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi