Azərbaycan bütün ölkələrə güzgülü gömrük statistikasının tətbiqini təklif edib

Azərbaycan bütün ölkələrə güzgülü gömrük statistikasının tətbiqini təklif edib Biz çox istərdik ki, bu gün Çin, BƏƏ ilə güzgülü statistikamızı üzləşdirək
Maliyyə
4 Mart , 2021 13:59
Azərbaycan bütün ölkələrə güzgülü gömrük statistikasının tətbiqini təklif edib
Səfər Mehdiyev

Azərbaycan Dövlət Gömrük Komitəsi hazırda bütün ölkələrə güzgülü statistikasının tətbiq edilməsini təklif edib.

“Report”un məlumatına görə, bunu Komitənin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, hal-hazırda Gürcüstan, Qazaxıstan ilə bununla bağlı danışıqlar aparılır: “Hazırda Özbəkistan Azərbaycanla güzgülü statistikanın tətbiq edilməsinə maraq göstərir. Bir çox ölkələrin güzgülü statistikanın tətbiqinə getməməsinin səbəblərini də bilirik. Sözdə çox ölkələr deyə bilər ki, şəffaf işləyir. Daxili resursları imkanları hesabına biz ancaq müraciətlə kifayətlənə bilirik”.

S. Mehdiyev bildirib ki, güzgülü statistikanın aparılması üçün siyasi iradə olmalıdır: “Biz çox istərdik ki, bu gün Çin Xalq Respublikası, BƏƏ ilə güzgülü statistikamızı üzləşdirək. Maraqlı ölkələr hər ölkənin özü tərəfindən seçilir. Ancaq biz bütün ölkələrlə bunu tətbiq etməyə hazırıq”.

Son xəbərlər

Orphus sistemi