Azərbaycan bu il AÇG və "Şahdəniz" layihələrindən 804 mln. dollar qazanıb

Azərbaycan bu il AÇG və "Şahdəniz" layihələrindən 804 mln. dollar qazanıb Bu ilin iki ayında AÇG-dən Neft Fonduna 790 mln.dollar daxil olub
Maliyyə
18 Mart , 2016 09:46
Azərbaycan bu il AÇG və Şahdəniz layihələrindən 804 mln. dollar qazanıb

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) bu ilin yanvar-fevral aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 804 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 790 mln. dolları AÇG-dən mənfəət nefti, 14 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il martın 1-dək ARDNF-yə AÇG-dən 117,799 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,457 mlrd. dollar vəsait daxil olub.

Son xəbərlər

Orphus sistemi