Azərbaycan BOKT-lərinin xalis mənfəəti 33 % azalıb

Azərbaycan BOKT-lərinin xalis mənfəəti 33 % azalıb Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 9,9 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
26 Yanvar , 2021 17:24
Azərbaycan BOKT-lərinin xalis mənfəəti 33 % azalıb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 9,9 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 33,1 % azdır.

2020-ci ildə BOKT-ların gəlirləri 78,2 milyon manat (illik müqayisədə 14,7 % çox), xərcləri 53,8 milyon manat (3,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 10,8 milyon manat (1 il bundan əvvəl qənaət ediblər), mənfəət vergisi ödəmələri isə 3,8 milyon manat (40,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə BOKT-lərin aktivləri 316,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,7 % çoxdur. Bunun 224,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə sektorun kredit portfeli 6 % kiçilib.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 13,2 % azalaraq 174,9 milyon manata düşüb, balans kapitalı isə 0,15 % artaraq 141,4 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi