"Azərbaycan Beynəlxalq Bankı"nın sədr müavini işdən çıxıb

Maliyyə
  • 06 fevral, 2019
  • 13:38
Azərbaycan Beynəlxalq Bankının sədr müavini işdən çıxıb

Bakı. 6 fevral. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bank" ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb.

“Report”un əldə etdiyi məlumata görə, M.Şirəliyev 2018-ci ilin dekabr aynda işdən ayrılmaqla bağlı ərizə yazıb. 

Onun Almaniya şirkəti olan “Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir. 

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 3 il 6 ay - 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub.