Azərbaycan Beynəlxalq Bankının maliyyə müəssisələrində depozitləri 7 dəfə artıb

Azərbaycan Beynəlxalq Bankının maliyyə müəssisələrində depozitləri 7 dəfə artıb Bank 679,636 mln. manat məbləğində kapital çatışmazlığı ilə üzləşib
Maliyyə
16 Yanvar , 2017 15:38
Azərbaycan Beynəlxalq Bankının maliyyə müəssisələrində depozitləri 7 dəfə artıb

Bakı. 16 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) cəmi aktivləri 1 yanvar 2017-ci il tarixinə 12 223,723 mln. manat təşkil edib. 

“Report” banka istinadən xəbər verir ki, bu, 1 yanvar 2016-cı illə müqayisədə 7,69% azdır.

ABB-nin aktivlərinin təxminən 41,23%-ni və yaxud 5 039,831 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il Bankın kredit portfeli 24,96% kiçilib.

Bundan başqa, 2016-cı ilin sonuna ABB banklar da daxil olmaqla maliyyə müəssisələrinə aktivlərinin 41,06%-i qədər və yaxud 5 019,048 mln. manatlıq depozit yerləşdirib. Bu, 2015-ci ilin sonu ilə müqayisədə 6,94 dəfə çoxdur.

Ötən il ABB-nin cəmi öhdəlikləri 2,29% artaraq 12 903,359 mln. manat olub. İl ərzində Bankın depozit portfeli 3,17% azalaraq 6 012,172 mln. manata, Mərkəzi Bank qarşısında öhdəliyi 7,69% azalaraq 600 mln. manata, bankların vıə digər maliyyə müəssisələrinin depozitləri isə 22,8% azalaraq 2 878,538 mln. manata düşüb. ABB-nin cəmi kapitalı isə 100% azalıb və Bank 679,636 mln. manat məbləğində kapital çatışmazlığı ilə üzləşib. 

2016-cı ildə ABB-nin faiz gəlirləri 462,357 mln. manat (2015-ci ilə nisbətən 35,02% azalma), faiz xərcləri 450,002 mln. manat (12,53% artım), qeyri-faiz zərəri 1 059,751 mln. manat, qeyri-faiz xərcləri isə 210,826 mln. manat (45,49% artım) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 1 258,221 mln. manat olub. 

ABB aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 98,271 mln. manat yönəldib və 2016-cı ili 1 356,492 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 67,41 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi