Azərbaycan Beynəlxalq Bankının 3 illik korporativ strategiyası hazırlanır

Azərbaycan Beynəlxalq Bankının 3 illik korporativ strategiyası hazırlanır Bank bu məqsədlə məsləhət xidmətlərinin satın alınmasına dair açıq tender elan edib
Maliyyə
12 May , 2018 08:57
Azərbaycan Beynəlxalq Bankının 3 illik korporativ strategiyası hazırlanır

Bakı. 12 may. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC 3 illik korporativ strategiyasının hazırlanması ilə bağlı məsləhət xidmətlərinin satın alınmasına dair açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 20-nə qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə iyunun 27-nə qədər Bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanındakı baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili: 2700, 2703, elektron poçt: [email protected]).

Təkliflərə iyunun 28-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi