​Azərbaycan Beynəlxalq Bankı Rusiyada İslam bankçılığını tətbiq edəcək

​Azərbaycan Beynəlxalq Bankı Rusiyada İslam bankçılığını tətbiq edəcək Azərbaycanın bank qanunvericiliyi İslam bankçılığı məhsullarının sayını məhdudlaşdırır
Maliyyə
15 Noyabr , 2014 08:10
​Azərbaycan Beynəlxalq Bankı Rusiyada İslam bankçılığını tətbiq edəcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) Rusiyadakı törəmə qurumu olan “ABB-Moskva” vasitəsi ilə bu ölkədə İslam bankçılığı məhsullarını təqdim etməyi planlaşdırır. “Report”un xəbər verdiyi kimi, bunu Bakıda keçirilən VII MDB ölkələrinin Beynəlxalq Bank Konfransında ABB-nin İslam bankçılığı Departamentinin direktoru Bəhnam Qurbanzadə bəyan edib.

Konfransın İslam bankçılığına həsr olunan sessiyasında çıxış edən B.Qurbanzadə bildirib ki, hazırda dünyada İslam iqtisadiyyatının həcmi təxminən 2,1 trln. dollar təşkil edir. Qeyd edək ki, dünyada İslam bankçılığının məcmu aktivlərinin artım tempi 15-17%-ə bərabərdir. Ümumilikdə, İslam bankçılığının xüsusiyyətləri, o cümlədən sırf real sektorun, real layihələrin maliyyələşdirilməsi bu sahənin cəlbediciliyini artırır.

B.Qurbanzadə çıxışında ABB-nin bu sahədə gördüyü işlər barədə məlumat verib. Onun sözlərinə görə, hazırda İslam bankçılığı çərçivəsində cəlb edilən investisiyaların həcmi 220 mln. dollara bərabərdir, Departament tərəfindən İslam bankçılığının 6 məhsulunu təqdim edir və bu ilin dekabrında Sumqayıt, Gəncə və Lənkəranda filialları açılacaq. B.Qurbanzadə yenə də Azərbaycanda bank qanunvericiliyinin İslam bankçılığının yalnız 6 məhsul üzrə, yəni məhdud sayda fəaliyyət göstərməsinə şərait yaratmasına toxunub və ümid etdiyini vurğulayıb ki, bank qanunvericiliyinə müvafiq dəyişikliklər ediləcək.

Son xəbərlər

Orphus sistemi