“Azərbaycan Beynəlxalq Bankı” səhmdarlarına dividend ödəyəcək

“Azərbaycan Beynəlxalq Bankı” səhmdarlarına dividend ödəyəcək Sentyabrın 15-də, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
348
29 İyul , 2020 12:43
“Azərbaycan Beynəlxalq Bankı” səhmdarlarına dividend ödəyəcək

Sentyabrın 15-də, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisində olacaq.

Koronavirus (COVID-19) pandemiyası şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə və kütləvi yığıncaqların qadağan olunmasını nəzərə alaraq səsvermə qiyabi şəkildə keçiriləcək.

Yığıncağın gündəliyinə ABB-nin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatının, eləcə də Bankın nizamnaməsinin yeni redak­siyada təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, səhmdar cəmiyyətinin strateji baxışı və missiyası haqqında bəyanatının müzakirə olunması məsələləri daxildir.

“Mülki Məcəllənin 107-3.2-ci maddəsini və “Səhmdarlarının ümumi yı­ğıncağı haqqında Əsasnamə”nin 2.11-ci bəndini nəzərə alaraq ümu­mi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notari­al) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bildirişə əlavə olunan bülle­ten formasını dolduraraq bağlı zərfdə sentyabrın 14-nə qədər baş ofisə göndərməklə səsvermədə qiyabi işti­rak edə bilərsiniz. Zərfləri ümumi yığınca­ğın keçirildiyi gün Bankın korporativ katibi açacaq”, - deyə ABB-nin İdarə Heyətinin səhmdarlara müraciətində bildirilir.

Orphus sistemi