"Azərbaycan Beynəlxalq Bankı"nın Rusiyadakı törəməsinin xalis mənfəəti 4 dəfə artıb

"Azərbaycan Beynəlxalq Bankı"nın Rusiyadakı törəməsinin xalis mənfəəti 4 dəfə artıb (ABB-Moskva” ötən ili 3 034,902 milyon rubl (69,803 milyon manat) xalis mənfəətlə başa vurub
Maliyyə
26 Aprel , 2021 11:50
Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəməsinin xalis mənfəəti 4 dəfə artıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən törəməsi (“ABB-Moskva”) ötən ili 3 034,902 milyon rubl (69,803 milyon manat) xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 4 dəfə çoxdur.

2020-ci ildə “ABB-Moskva”nın vergiyəqədərki mənfəəti 3 632,019 milyon rubl (83,536 milyon manat, 4,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 597,117 milyon rubl (13,734 milyon manat, 1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “ABB-Moskva”nın aktivləri 8 757,7 milyon rubl (201,427 milyon manat) olub ki, bu da illik müqayisədə 27% çoxdur. Bunun 527,997 milyon rublu (12,144 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il Bankın kredit portfeli 2,6 dəfə böyüyüb.

Hesabat dövründə “ABB-Moskva”nın öhdəlikləri 37,8% azalaraq 1 531,14 milyon rubl (35,216 milyon manat), o cümlədən depozit portfeli 22,9% artaraq 456,862 milyon rubl (10,508 milyon manat), balans kapitalı isə 62,9% artaraq 7 226,56 milyon rubl (166,211 milyon manat) təşkil edib.

Xatırladaq ki, “ABB-Moskva” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (94,873 milyon manat).

1 rubl = 0,023 manat

Son xəbərlər

Orphus sistemi