ABB dividend ödənişini dövlətin öhdəlikləri ilə əvəzləşdirəcək

ABB dividend ödənişini dövlətin öhdəlikləri ilə əvəzləşdirəcək Dövlətə məxsus "Azərbaycan Beynəlxaq Bankı" ASC bir neçə ildir ki, dividend ödəyir.
Maliyyə
23 May , 2024 13:45
ABB dividend ödənişini dövlətin öhdəlikləri ilə əvəzləşdirəcək

Dövlətə məxsus "Azərbaycan Beynəlxaq Bankı" ASC (ABB) bir neçə ildir ki, dividend ödəyir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bizim də dövlət olaraq Bankın qarşısında öhdəliklərimiz var. Onlar bizə dividend ödəyir sonra, biz həmin dividendlə onlara qarşı öhdəliklərimizi yerinə yetiririk. Bu səbəbdən də qərar verdik ki, onlar dividendi öhdəliklərə yönəltsinlər. Bu prosesi də ümid edirəm ki, 2 il ərzində tamamlayacağıq", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi