Samir Şərifov: "Beynəlxalq konyukturanın əlavə gəlir əldə etməyimizə müsbət təsiri olub"

Samir Şərifov: "Beynəlxalq konyukturanın əlavə gəlir əldə etməyimizə müsbət təsiri olub" Azərbaycan üçün ötən ildəki beynəlxalq konyuktura münasib olub, ölkənin əlavə gəlir əldə etməsinə müsbət təsir edib.
Maliyyə
23 May , 2024 11:29
Samir Şərifov: Beynəlxalq konyukturanın əlavə gəlir əldə etməyimizə müsbət təsiri olub
Samir Şərifov

Azərbaycan üçün ötən ildəki beynəlxalq konyuktura münasib olub, ölkənin əlavə gəlir əldə etməsinə müsbət təsir edib.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"2023-cü ildə "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli orta hesabla 86 ABŞ dollarına satılıb, bu da valyuta ehtiyatlarımızın artmasına imkan verib, hesab edirəm ki, bu, müsbət haldır", - deyə o qeyd edib.

Bundan başqa, nazir vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar iqtisadi artımı təmin edib.

"Hökumətin gördüyü tədbirlər hesabına inflyasiya birrəqəmli səviyyədə qalıb. Ötən ildən icrasına başlanılmış tədbirlər bu il davam etdiriləcək. Neft-qaz sektorunda azalma, qeyri-neft-qaz sektorunda isə artım davam edir. Ticarət və tədiyyə balansında sabitlik müşahidə olunur", - deyə S. Şərifov əlavə edib.

Son xəbərlər

Orphus sistemi