Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır

Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və konkret təkliflər planı hazırlanıb”.
Maliyyə
187
8 Dekabr , 2021 12:07
Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır
Zakir Nuriyev

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və konkret təkliflər planı hazırlanıb”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

“Biz bu məsələləri Azərbaycan Mərkəzi Bankı birlikdə icra edirik və Qarabağda yeni, innovativ ödəniş sistemləri üzərindən maliyyə-bank sisteminin xidmətlərinin təmin və təqdim edilməsini təşkil edəcəyik”, - o deyib.

"Yaxın günlərdə Qarabağ Dirçəliş Fondu ilə birgə Qarabağda bank sektoruna dair konfrans-görüş keçirilməsini planlaşdırırıq. Bu görüş çərçivəsində bank-maliyyə xidmətlərinin təmin edilməsini və işğaldan azad edilmiş ərazilərə yeni investisiyaların cəlb edilməsini, burda fəaliyyət göstərən və göstərəcək şirkətlən, hüquqi və fiziki şəxslərə kreditlərinin verilməsi məsələlərini geniş müzakirə edəcəyik", - deyə Z.Nuriyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi