Zakir Nuriyev: “Elektron pul qablarına maraq artıb”

Zakir Nuriyev: “Elektron pul qablarına maraq artıb” “Son dövrlərdə keçirilən forumların əsas foksu rəqəmsal iqtisadiyyat, rəqəmsal ekosistemi və bu sahələrin təhlükəsizliyini təmin etməldir”.
Maliyyə
124
8 Dekabr , 2021 11:48
Zakir Nuriyev: “Elektron pul qablarına maraq artıb”
Zakir Nuriyev

“Son dövrlərdə keçirilən forumların əsas foksu rəqəmsal iqtisadiyyat, rəqəmsal ekosistemi və bu sahələrin təhlükəsizliyini təmin etməldir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

“Bunun əsas səbəbi texnoloji nailiyyətləri tətbiq etməklə 4-cü sənaye inqilabı dövrünə uyğunlaşmaqdır. Son illərdə pandemiya ilə bağlı yaranan çətinliklər rəqəmsal iqtisadiyyata keçidi vacib edir. Qeyd etdiyimiz təsirlər istehlakçılarən xərcləmə modellərində də əhəmiyyətli dəyişikliklərə gətirib çıxarıb. 2020-ci ildə qlobal miqgsada nağdsız ödənişlər 6% artıb. Son dövrlərdə rəqəmsal ödənişlərə, xüsusən elektron pul qablarına maraq artıb. Araşdırmalara əsasən, ani ödənişlər və elektron pul kisələri vasitəsi ilə həyata keçirilən nəğdsiz ödənişlərin ümumi ödənişlərdəki payı 2020-ci ildə 14, 5% təşkil edib. 2025-ci ilə qədər bu rəqəmin 25%-ə yüksələcəyi gözlənilir”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi