Azərbaycan bankları nağd dollar satışında limiti ləğv edib

Azərbaycan bankları nağd dollar satışında limiti ləğv edib Bu barədə banklardan bildirilib
Maliyyə
8 Sentyabr , 2016 12:03
Azərbaycan bankları nağd dollar satışında limiti ləğv edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarını limitsiz satmağa başlayıb. "Report"un əldə etdiyi məlumata görə, söhbət "Bank Respublika" və "Azər-Türk Bank" ASC-lərdən gedir.

Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər.

"Atabank"dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın "Qaynar xətti" ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.

Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, "Azərbaycan Sənaye Bankı"nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.

Son xəbərlər

Orphus sistemi