Azərbaycan bankları işçilərinin sayını azaldır

Azərbaycan bankları işçilərinin sayını azaldır Bu ilin fevral ayında 266 nəfər bankdakı işini itirib
Maliyyə
5 Aprel , 2017 10:22
Azərbaycan bankları işçilərinin sayını azaldır

Bakı. 5 aprel. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan bankları filiallarının sayını 6 ədəd azaldaraq 563-ə endirib.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, əvəzində bank sektorunda şöbələrin sayı 4 ədəd artaraq 135 olub.

2 ay ərzində banklara məxsus bankomat qurğularının sayı isə cəmi 1 ədəd artaraq 2 462 olub.

Hesabat dövründə bank işçilərinin sayı isə 285 nəfər azalaraq 16 662-yə düşüb. Bunun 266 nəfəri işini fevralda itirib. 

İngilis versiyası Azerbaijani banks cut staff

Son xəbərlər

Orphus sistemi