Azərbaycan bankı səhmdarlarının yığıncağını keçirəcəyi ünvanı dəyişib

Maliyyə
  • 18 dekabr, 2021
  • 08:05
Azərbaycan bankı səhmdarlarının yığıncağını keçirəcəyi ünvanı dəyişib

“Yelo Bank” ASC səhmdarlarının dekabrın 28-də, saat 11-də növbədənkənar ümumi yığıncağını keçirəcəyi ünvanı dəyişib.

“Report” xəbər verir ki, bu barədə Bankın Müşahidə Şurasının açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, “Yelo Bank”ın baş ofisində - Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81k ünvanında keçirilməsi nəzərdə tutulan yığıncaq Moskva şəhəri, Znamenka küçəsi, 8/13 ünvanına dəyişdirilib. Əvvəlcədən təqdim edilmiş bildirişdəki digər məlumatlar (vaxt və gündəlikdə olan məsələlər) ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 96 %-i “Topaz Investments Limited” QSC-yə, 3,9 %-i Marina Kulişovaya (Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1 %-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.