Azərbaycan bankları ilə Nyu-York Federal Ehtiyatları Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan bankları ilə Nyu-York Federal Ehtiyatları Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilibAzərbaycan bankları Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Azərbaycan bankları Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Nyu-York Federal Ehtiyatları Bankı ilə görüşümüz ABŞ-yə işgüzar səfər çərçivəsində keçirilən əhəmiyyətli müzakirələrdən biri oldu.
Baş vitse-prezident, Mərkəzi Bank və beynəlxalq hesablar xidmətlərinin rəhbəri Anne Baumun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli əlaqələrin perspektivləri, eləcə də Azərbaycan bankları ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq",- T. Kazımov qeyd edib
Nyu-York Federal Ehtiyatları Bankı ilə görüşümüz ABŞ-yə işgüzar səfər çərçivəsində keçirilən əhəmiyyətli müzakirələrdən biri oldu.
Baş vitse-prezident, Mərkəzi bank və beynəlxalq hesablar xidmətlərinin rəhbəri Anne Baumun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli… pic.twitter.com/nzhkbIhnQs