“Azər Türk Bank”ın nümayəndələri xəstə uşaqlara baş çəkiblər

“Azər Türk Bank”ın nümayəndələri xəstə uşaqlara baş çəkiblər Bu addım 4 fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü münasibəti ilə atılıb
Maliyyə
6 Fevral , 2017 15:55
“Azər Türk Bank”ın nümayəndələri xəstə uşaqlara baş çəkiblər

Bakı. 6 fevral. REPORT.AZ/  4 fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü münasibəti ilə “Azər Türk Bank” ASC-nin nümayəndələri Milli Onkologiya Mərkəzinin nəzdində olan Uşaq Onkoloji şöbəsindəki xəstə uşaqlara baş çəkib, onların və valideynlərinin yeganə ehtiyacının ictimai diqqət, mənəvi dəstək, insanların sevgi və ünsiyyəti olduğunu görüblər. 

"Report" xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilib. 

Məlumatda deyilir ki, uşaqlar onlara verilən hədiyyələrdən daha çox klounların şən rəqslərinə, zarafatlarına sevinib, ürək dolusu şənləniblər.

“Aqillər deyib ki, sevinc və gülüş dərmandan daha yaxşı müalicə edir, biz də “Azər Türk Bank” olaraq şəfa arzusu ilə xəstə uşaqlara beləcə sevinc payı gətirdik”, - deyə açıqlamada qeyd olunur. 

"Azərbaycanda gənclərin, xüsusilə də körpə və yeniyetmə yaşına çatmamış uşaqların sağlamlığı, onların müayinə və müalicəsi üçün dövlətimiz tərəfindən dünya meyarlarına uyğun səhiyyə ocaqları inşa və lazımi avadalıqla təchiz edilib. Bu müəssisələrdən biri də bir neçə ildir fəaliyyət göstərən Milli Onkologiya Mərkəzinin nəzdində olan Uşaq Onkoloji şöbəsidir. Burada kompleks müalicənin bütün növləri mükəmməliklə icra edilməkdədir", - "Azər-Türk Bank"ın açıqlamasında bildirilir. 

Son xəbərlər

Orphus sistemi