“Azər-Türk Bank”ın mənfəəti 2 dəfə artıb

“Azər-Türk Bank”ın mənfəəti 2 dəfə artıb “Azər-Türk Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 330,167 milyon manat təşkil edib.
Maliyyə
25 Aprel , 2019 09:42
“Azər-Türk Bank”ın mənfəəti 2 dəfə artıb

“Azər-Türk Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 330,167 milyon manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 6,3% çoxdur.

“Azər-Türk Bank”ın aktivlərinin 157,349 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 34,4% böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın cəmi öhdəlikləri 8% artaraq 376,309 milyon manat, o cümlədən depozit portfeli 4,4% azalaraq 175,768 milyon manat, Bankın cəmi kapitalı isə 1,4% azalaraq 53,869 milyon manat olub.

Bu ilin I rübündə “Azər-Türk Bank”ın faiz gəlirləri 5,445 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 29,4% çox), faiz xərcləri 1,929 milyon manat (5,4% çox), qeyri-faiz gəlirləri 2,422 milyon manat (78,5% az), qeyri-faiz xərcləri 5,432 milyon manat (60,4% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 115 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Son nəticədə Bank rübü 391 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi