Azərbaycanda kredit qoyuluşların həcmi son bir ildə 20% artıb
Maliyyə
- 05 sentyabr, 2014
- 02:08
Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi illik müqayisədə 20,0% artaraq 2014-cü ilin avqustun 1-nə 17 034,0 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstərici bu ilin əvvəlindən 10,5% artıb.
Kredit qoyuluşların tərkibində 6,986 mlrd. manat və ya 41,0% ev təsərrüfatlarına verilən kreditlərin payına düşür. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 28,7% artıb.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqustun 1-nə 900,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15,9% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,5%-dən 5,3%-dək enib.
Son xəbərlər
18:30
Tahir Mirkişili: Elektron siqaretlərin qadağası təklifi ictimai sağlamlıq baxımından vaxtında atılan addımdır
Daxili siyasət18:27
Azərbaycan azot gübrəsinin ixracından qazancını 45 %-ə yaxın artırıb
ASK18:25
"İrəvanda xal qalmadı" adlı bədii-sənədli kitab hazırlanır
Mədəniyyət siyasəti18:14
ACES Europe rəsmisi: "Bakıda çox gözəl idman infrastrukturu mövcuddur"
Fərdi18:02
Nazirlik rəsmisi: "Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub"
Fərdi17:58
Foto
Əczaçılıq şirkətləri və aptek təşkilatları ilə dərman təminatı müzakirə olunub
Sağlamlıq17:57
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib
Futbol17:50
Avropa aviaşirkətinə məxsus təyyarə 35 ildə ilk dəfə Bağdada eniş edib
Digər ölkələr17:46