Avrozona iqtisadiyyatı 15%-ə yaxın kiçilib

Avrozona iqtisadiyyatı 15%-ə yaxın kiçilib Bu ilin II rübündə Avrozonada Ümumi Daxili Məhsul (ÜDM) I rüblə müqayisədə 11,8% azalıb.
Maliyyə
251
8 Sentyabr , 2020 14:48
Avrozona iqtisadiyyatı 15%-ə yaxın kiçilib

Bu ilin II rübündə avrozonada Ümumi Daxili Məhsul (ÜDM) istehsalı I rüblə müqayisədə 11,8% az olub. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə avrozona iqtisadiyyatı 14,7% kiçilib. 

Hesabat dövründə regionda fərdi istehlak rüblük 12,4%, illik 15,9%, dövlət xərcləri isə rüblük 2,6%, illik 2,5% azalıb. 

Avrozonanın daxil olduğu Avropa iqtisadiyyatı da keçilib. ÜDM-in azalma dinamikası rüblük 11,4%, illik isə 13,9% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi