Avropa İttifaqı iqtisadi artım proqnozlarını yeniləyib

Avropa İttifaqı iqtisadi artım proqnozlarını yeniləyib Avropa İttifaqı (Aİ) 2020-2021-ci illər üçün iqtisadi artım proqnozlarını yeniləyib.
Maliyyə
11 Fevral , 2021 14:39
Avropa İttifaqı iqtisadi artım proqnozlarını yeniləyib

Avropa İttifaqı (Aİ) 2020-2021-ci illər üçün iqtisadi artım proqnozlarını yeniləyib.

“Report” bu barədə Avropa Komissiyasının açıqladığı “Qış Dövrü İqtisadi Proqnoz” hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu il üçün proqnoz 0,4 faiz bəndi azaldılaraq 4,2%-dən 3,8%-ə endirilib, gələn il üçün proqnoz isə 0,8 faiz bəndi artırılaraq 3%-dən 3,8%-ə qaldırılıb.

Bundan başqa, sənəddə deyilir ki, bu il regionda illik inflyasiya 1,4%, gələn il isə 1,3% olacaq.

“İspaniya və İtaliyada iqtisadiyyat koronavirus (COVID-19) pandemiyasından əvvəlki vəziyyətə 2023-cü ildən tez qayıtmayacaq. Avrozonada iqtisadi aktivlik isə gözləniləndən tez bərpa olunacaq", - deyə hesabatda bildirilib.

Son xəbərlər

Orphus sistemi