Avropa iqtisadiyyatının xilası üzrə planın əbədi olması təklif edilib

Avropa iqtisadiyyatının xilası üzrə planın əbədi olması təklif edilib "Bu fondu gələcəkdə oxşar vəziyyətlər yaşanacağı təqdirdə avropalı səlahiyyətlilərin istifadə edə biləcəyi alətlər arasında saxlamaq barədə düşünməliyik"
Maliyyə
20 Oktyabr , 2020 17:59
Avropa iqtisadiyyatının xilası üzrə planın əbədi olması təklif edilib
Kristin Laqard

Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqard Avropa iqtisadiyyatının koronavirus pandemiyasından bərpası üzrə fondun əbədi olması təklifi ilə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

O qeyd edib ki, 750 milyard avroluq fond Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarını xilas etmək üçün genişmiqyaslı planın bir hissəsidir.

“Əvvəlcədən bu fondun müvəqqəti alət kimi istifadə edilməsi nəzərdə tutulmuşdu: onun vasitəsilə Aİ ölkələrinin böhrandan çıxmasına kömək etmək planlaşdırılırdı. Amma bu fondu gələcəkdə oxşar vəziyyətlər yaşanacağı təqdirdə avropalı səlahiyyətlilərin istifadə edə biləcəyi alətlər arasında saxlamaq barədə düşünməliyik”, - o deyib.

Xatırladaq ki, oktyabrın əvvəlində o, Avropa tənzimləyicisinin lazım gələcəyi təqdirdə Avrozona iqtisadiyyatını xilas etmək üçün yeni pul-kredit stimullaşdırmasına gedəcəyini söyləmişdi. Planlar arasında hətta ECB-nin əsas dərəcəsini (indi sıfır həddədir – red.) azaltmaq kimi tədbirlər də var.

Son xəbərlər

Orphus sistemi