Avropa İnvestisiya Bankına yeni Baş Katib təyin olunub

Maliyyə
  • 10 yanvar, 2023
  • 09:44
Avropa İnvestisiya Bankına yeni Baş Katib təyin olunub

Barbara Balke Avropa İnvestisiya Bankına (EIB) yeni Baş Katib təyin edilib.

“Report” EİB-ə istinadən xəbər verir ki, bu vəzifənin icrasına B. Balke 2023-cü ilin yanvar ayından başlayıb.

Məlumata görə, əvvəlki Baş Katib Marjut Falkstedt Avropa İnvestisiya Fonduna (EIB Qrupuna daxildi) rəhbərlik edəcək.

Xatırladaq ki, Barbara Balke 20 ildən çoxdur ki, EIB-də işləyib. Onun bankda sonuncu vəzifəsi EIB-nin Baş Məsləhətçisi və Hüquq Direktorluğunun Baş direktoru olub.

O, Almaniyada hüquqşünas ixtisasına yiyələnib və Edinburq Universitetində hüquq magistri dərəcəsinin ardınca isə Bonn Universitetində hüquq üzrə doktorluq dərəcəsini alıb.

EIB-yə qoşulmazdan əvvəl o, vəkil işləyib və Almaniyanın Köln şəhərində vəkillər kollegiyasının üzvü olub.

44 - Tezliklə