Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Atəşgah Həyat” sığorta şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
“Report”un komitənin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, emissiyanın ümumi həcmi səhmin hər birinin nominal dəyəri 6 500 manat olmaqla 6,5 mln. manat təşkil edir.
Səhmlər “Atəşgah Həyat”ın hazırda dövriyyədə olan - birinin nominal dəyəri 4 000 manat olan 1 000 ədəd səhmin yeni parametrlərə konvertasiyası yolu ilə yerləşdiriləcək.
Nəticədə şirkətin nizamnamə kapitalı 62,5% artaraq 6,5 mln. manata çatacaq.