"Atabank" və "CDB"-nin konsolidasiyasına Avropa təcrübəsi olan kadrlar cəlb edilib

"Atabank" və "CDB"-nin konsolidasiyasına Avropa təcrübəsi olan kadrlar cəlb edilib "PWC Azerbaijan": Konsolidasiya prosesi iki mərhələ - birləşmə və inteqrasiyadan ibarət olacaq
Maliyyə
21 Aprel , 2017 11:40
Atabank və CDB-nin konsolidasiyasına Avropa təcrübəsi olan kadrlar cəlb edilib
Report.az

Bakı. 21 aprel. REPORT.AZ/ “Atabank” və “Caspian Development Bank” (CDB) ASC-lərin konsolidasiyası kompleks bir prosesdir.

“Report”un məlumatına görə, bunu bankların birləşməsi ilə bağlı keçirilən bugünkü mətbuat konfrasında bankların aktivlərinin qiymətləndirilməsini həyata keçirən “PWC Azerbaijan” audit şirkətinin idarəedici partnyoru Mövlan Paşayev deyib.

Onun sözlərinə görə, konsolidasiya prosesi zamanı maliyyə, kadr, informasiya texnologiyaları, hüquq və vergi amilləri nəzərə alınmalı və idarə olunmalıdır: “Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olacaq “PwC” şirkəti bu prosesi maksimum tez, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirəcək. Bankların menecmenti konsolidasiya prosesinin nümunəvi keçirilməsi, yüksək səmərəli, cəlbedici müştəri xidməti, daha güclü və dayanıqlı bank yaradılmasına nail olmağı hədəfləyib. Bunun üçün şirkətin yerli və regional bank mütəxəssislərindən ibarət olan komanda qurulub, postsovet və Avropa ölkələrində oxşar birləşmələr aparmış böyük təcrübəyə malik kadrlar cəlb edilib”.

O, həmçinin qeyd edib ki, artiq konsolidasiya prosesinin yol xəritəsi hazırlanıb və işçi qrupları onun icrasına başlayıb: “Konsolidasiya prosesi iki mərhələdən – birləşmə və inteqrasiyadan ibarət olacaq. İlkin mərhələdə qiymətləndirmə aparılacaq, mövcud maliyyə, hüquq, kommersiya vəziyyəti yoxlanacaq və bunun əsasında inteqrasiya mərhələsində konkret addımlar müəyyən ediləcək”.

Son xəbərlər

Orphus sistemi