“Atabank” manat əmanətləri üzrə faizləri artırıb

“Atabank” manat əmanətləri üzrə faizləri artırıb Faizlər aylıq və müddətin sonunda ödənilməsindən asılı olaraq dəyişir
Maliyyə
612
12 Oktyabr , 2016 15:16
“Atabank” manat əmanətləri üzrə faizləri artırıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Atabank" ASC müştərilərə manat əmanət məhsullarının yenilənmiş şərtlərini təqdim edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, dəyişikliklər 1 aydan 5 ilədək müddətə yerləşdirilən bütün depozit növlərinə şamil olunur.

Hazırda “Atabank”da "Universal", "Yığım" və "VİP" manat əmanət növləri mövcuddur. Əmanətçilərə əmanət faizlərini aylıq, rüblük və müddətin sonunda əldə etmək imkanı verilir.

Yeni şərtlərə əsasən, milli valyuta üzrə fiziki şəxslərin əmanətlərinin ("Universal") maksimal dərəcəsi faizlərin aylıq ödənildiyi təqdirdə illik 14% təşkil edir. Faiz gəlirləri müddətin sonunda ödənildiyi halda faiz dərəcəsi illik 15% təşkil edəcək. Bu güstəricilər bundan öncə müvafiq olaraq 11% və 12% olub.

Bundan başqa, Bank manatla 1 il müddətinə qəbul etdiyi klassik ("Yığım") əmanətlərin illik faiz dərəcəsini (faizlər müddətin sonunda götürülmək şərti ilə) 10,5%-dən 13,5%-ə qaldırıb.

"Atabank"ın ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Eyni zamanda, müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün pulsuz "Visa Electron" və ya "Mastercard Maestro" kartı təqdim olunur.

Xatırladaq ki, "Atabank" 1993-cü ildə yaradılıb, "AtaHolding" MMC-yə daxildir. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Səhmlərin 76%-i adı çəkilən holdinqə, 15,88%-i Əşrəf Kamil oğlu Kamilova (Bankın Müşahidə Şurasının (MŞ) sədri, Holdinqin MŞ sədrinin I müavini), 8,12%-i Mahir Əhmədağa oğlu Rəfiyevə (vergilər nazirinin müşaviri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi