Argentinada apreldə aylıq inflyasiya 8,8 %-ə enib
Maliyyə
- 15 may, 2024
- 00:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentinada aprel ayında qiymət artımı 8,8% təşkil edib ki, bu da marta nisbətən 2,2 faiz azdır.
“Report” xəbər verir ki, bu, barədə respublikanın Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatlarda bildirilir.
"İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü ilin aprel ayında 8,8 %, ilin əvvəlindən 65 % artıb. Ötən ilin eyni ayı ilə müqayisədə artım 289,4 % təşkil edib", - hesabatda deyilir. Ötən ilin dekabrında inflyasiya 25,5 %, yanvar ayında 20,6 %, fevralda 13,2 % təşkil edib.
Hesabat tərtibçilərinin məlumatına görə, aprel ayında ən çox kommunal xidmətlər bahalaşıb (+35,6 %). Siyahıda ikinci yerdə rabitə xidmətləri (+14,2 %) və geyim (+9,6 %) qarşılaşıb. Ərzağın qiymətləri 6 % artıb.
Son xəbərlər
17:08
Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb
Biznes
17:02
Tunis Prezidentinə qarşı son illərin ən böyük etiraz aksiyası keçirilib
Digər ölkələr
16:58
Foto
Tbilisidə azərbaycandilli məktəblərdə ana dilinin tədrisinə həsr olunmuş kitab təqdim edilib
Region
16:42
Video
Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
Hadisə
16:37
Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb
Digər ölkələr
16:28
Foto
Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Sənaye
16:27
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb
Futbol
16:18
Azərbaycan Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib
Futbol
16:07
Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
Digər ölkələr