ARDNF Şimali Amerikaya investisiyalarının xüsusi çəkisini 30 %-ə çatdırıb
- 19 iyul, 2022
- 06:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Avropa ölkələrinin payı 28,6 % təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,85 faiz bəndi azdır.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə Asiya-Sakit Okean regionunun payı 21,43 %-dən 20,4 %-ə, Şimali Amerika regionunun payı 26,07 %-dən 30,1 %-ə, Avstraliya və Yeni Zelandiya regionunun payı 1,16 %-dan 0,6 %-ə, Yaxın Şərq regionunun payı 1,36 %-dən 0,6 %-ə enib, Cənubi Amerika regionunun payı isə 0,04 %-dən 0,1 %-ə, Afrika regionunun investisiyalarda payı 0 %-dən 0,1 %-ə, beynəlxalq maliyyə təşkilatlarının payı 6,42 %-dən 6,4 %-ə, qızılın payı isə 13,07 %-dən 13,1 %-ə dəyişib.
Hesabat dövründə ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 60,87 %-dən 59,4 %-ə düşüb, inkişaf etməkdə olan ölkələrin payı 19,64 %-dən 21 %-ə qalxıb, bir qədər əvvəl deyildiyi kimi, beynəlxalq maliyyə təşkilatlarının payı 6,42 %-dən 6,4 %-ə, qızılın payı isə 13,07 %-dən 13,1 %-ə dəyişib.