ARDNF sığortaçı seçib

Maliyyə
  • 24 noyabr, 2023
  • 10:48
ARDNF sığortaçı seçib

Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Atasığorta" ASC-dir.

Qalib şirkətə 129,6 min manat ödəniləcək.