ARDNF investisiya portfelində türk lirəsinin payını azaldıb

Maliyyə
  • 19 yanvar, 2022
  • 05:36
ARDNF investisiya portfelində türk lirəsinin payını azaldıb

Dövlət Neft Fondu (ARDNF) 2021-ci ildə investisiya portfelində türk lirəsinin payını azaldıb.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, ötən ilin sonuna ARDNF-in investisiya portfelinin dəyəri 45,024 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 3,35 % çoxdur.

Fondun ivestisiyalarının 69 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 1 faiz bəndi çoxdur. Hesabat dövründə investisiya portfelində avronun payı 20,3 %-dən 19,5 %-ə, ingilis funt sterlinqinin pay 5,3 %-dən 5,1 %-ə düşüb, Avstraliya dollarının payı dəyişməyərək 0,6 % qalıb, türk lirəsinin payı 0,7 %-dən 0,4 %-ə düşüb, Rusiya rublunun payı 0,5 %-dən 0,6 %-ə çatıb, Çin yuanının payı dəyişməyərək 1,3 % qalıb, yapon yeninin payı 1,5 %-dən 1,4 %-ə düşüb, digər xarici valyutaların payı isə 1,8 %-dan 2,1 %-ə çatıb.

44 filmi