ARDNF investisiya portfelində qızılın payını artırıb
- 19 aprel, 2022
- 05:38
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin birinci rübü ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 61,9 % təşkil edib ki, bu da 2021-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 2,1 faiz bəndi azdır.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bunun əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 17 %-dən 17,9 %-ə çatdırıb.
Fondun investisiyalarında qızılın payı 12,9 %-dən 13,9 %-ə yüksəlib, daşınmaz əmlakın payı isə 6,1 %-dən 6,3 %-ə qalxıb.
Hazırda ARDNF-in 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eyni həcmdədir.
Bu il aprelin 1-nə ARDNF-in aktivləri 45 milyard 263,99 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il aprelin 1-i ilə müqayisədə 5,85 % çoxdur.