ARDNF investisiya portfelində dolların payını artırıb

Maliyyə
  • 13 oktyabr, 2023
  • 11:17
ARDNF investisiya portfelində dolların payını artırıb

Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 55 milyard 523,96 milyon ABŞ dolları təşkil edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Bu, 2022-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 10 milyard 137,61 milyon ABŞ dollar və ya 22,33 % çoxdur.

Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 70,3 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,5 faiz bəndi azdır.

İnvestisiya portfelində avronun payı isə 0,2 faiz bəndi artaraq 19,2 faiz bəndi olub.

Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin pay 0,2 faiz bəndi artaraq 4,9 % qalıb.

Avstraliya dollarının payı dəyişməyərək 0,6 % qalıb, türk lirəsinin payı isə 0,4 % bəndindən 0,2 % bəndinə düşüb.

Rusiya rublunun payı 0,4 %-dən 0,2 %-ə, Çin yuanının payı isə 1,2 %-dən 1 %-ə düşüb.

Həmçinin, 2022-ci ilin uilk rübü ərzində ARDNF yapon yeninin payı 1,1 %-dən 1,4 %-ə qalxıb, digər xarici valyutaların payı isə 1,8 faiz bəndindən 2,2-ə qalxıb.