ARDNF investisiya portfelində "AAA" reytinqli alətlərin payını 68 %-ə çatdırıb

Maliyyə
  • 19 aprel, 2022
  • 05:45
ARDNF investisiya portfelində AAA reytinqli alətlərin payını 68 %-ə çatdırıb

2022-ci ilin birinci rübünün yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 67,5 %-i "AAA" reytinqli olub ki, bu da 2021-ci ilin birinci rübünün yekunu ilə müqayisədə 10,4 faiz bəndi çoxdur.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu ilin ilk rübü ərzində ARDNF investisiya portfelində "AA" reytinqi alətlərin xüsusi çəkisini 11,9 %-dən 14,5 %-ə qaldırıb, "A" reytinqi alətlərin xüsusi çəkisini 20,9 %-dən 11,1 %-ə endirib.

Bu ilin birinci rübü ərzində Fondun "BBB" reytinqli alətlərin xüsusi çəkisini 8,8 %-dən 6 %-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 1,3 %-dən 0,9 %-ə endirib.

Bu il aprelin 1-nə ARDNF-in aktivləri 45 milyard 263,99 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il aprelin 1-i ilə müqayisədə 5,85 % çoxdur.

44 - Tezliklə