ARDNF-in investisiya portfelinin 69%-i ABŞ dollarındadır

ARDNF-in investisiya portfelinin 69%-i ABŞ dollarındadır Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 42,761 milyard ABŞ dolları təşkil edib
Maliyyə
3 May , 2021 16:20
ARDNF-in investisiya portfelinin 69%-i ABŞ dollarındadır

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 42,761 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin I rübünün yekunu ilə müqayisədə 3,4% çoxdur.

"Report" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Hesabat tarixinə ARDNF-in investisiyalarının 68,6%-i ABŞ dollarında yerləşdirilib. Bu, illik müqayisədə 2,6 faiz bəndi çoxdur. Əvəzində Fond investisiya portfelində avronun payını 22,9%-dən 19,7%-ə endirib, ingilis funt sterlinqinin payını isə 4,8%-dən 5,2%-ə qaldırıb.

Hesabat dövründə portfeldə Avstraliya dollarının payı 0,5%-dən 0,6%-ə qalxıb, türk lirəsinin payı 1%-dən 0,8%-ə düşüb, rus rublunun payı 0,4%-dən 0,5%-ə qalxıb, Çin yuanının payı 1,2%-dən 1,3%-ə qalxıb, yapon yeninin payı 1,5% qalıb, digər xarici valyutaların payı isə 0,7%-dən 1,3%-ə qalxıb, Koreya vonu isə portfeldən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi