ARDNF-in investisiya portfelində funt sterlinq və yuanın payı artıb
- 17 iyul, 2024
- 09:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 57 milyard 931,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyi dövrü ilə müqayisədə 3 milyard 016,43 milyon ABŞ dolları və ya 5,5 % çoxdur.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 69,2 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,4 faiz bəndi azdır. İnvestisiya portfelində avronun payı 19,6 %-dən 19,5 %-ə düşüb.
Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin payı 0,1 faiz bəndi artaraq 5 % təşkil edib.
Yapon yeninin payı dəyişməyərək 1,4 % səviyyəsində qalıb. Çin yuanının payı isə 1 %-dən 1,4 %-ə artıb.
Eyni zamanda, Neft Fondunun investisiya portfelində digər xarici valyutaların payı 2,5 %-dən 3,5-ə qalxıb.