ARDNF: Aktivlərin tükənməsinin qarşısı alınır - EKSKLÜZİV

ARDNF: Aktivlərin tükənməsinin qarşısı alınır - EKSKLÜZİV Beynəlxalq Valyuta Fondu (İMF) növbəti illər üçün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) illik orta gəlirlərinin qeyri-neft Ümumi Daxili Məhsuldakı (ÜDM) payının proqnozlarını açıqlayıb.
Maliyyə
104
24 Sentyabr , 2019 17:31
ARDNF: Aktivlərin tükənməsinin qarşısı alınır - EKSKLÜZİV

Beynəlxalq Valyuta Fondu (İMF) növbəti illər üçün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) illik orta gəlirlərinin qeyri-neft Ümumi Daxili Məhsuldakı (ÜDM) payının proqnozlarını açıqlayıb.

“Report” İMF-in hesabatına istinadən xəbər verir ki, bu ilin sonuna ARDNF-in gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 32,1% olacağı proqnozlaşdırılır. 2020-ci ildə ARDNF-in gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 29,8% təşkil edəcək.

İMF-in hesablamalarına əsasən, ARDNF-in 2021-ci ildə gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 28,5% olacaq. Proqnozlara əsasən, 2022-ci ildə bu rəqəm 26,7% olacaq.

Dövlət Neft Fondunun gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 2023-cu ildə 25,2% olacağı, 2024-cü ildə isə Valyuta Fondunun proqnozuna əsasən, bu göstərici 23,9% olacağı gözlənilir.

ARDNF-dən bu məsələ ilə bağlı “Report”a verilən açıqlamada deyilir ki, Dövlət Neft Fondunun gəlirlərinin qeyri-neft ÜDM-dəki payının növbəti illər üzrə azalması müşahidə edilir ki, bu da müsbət hal kimi qiymətləndirilməlidir.

"Digər tərəfdən bildirilməlidir ki, 2018-ci ildən etibarən neft gəlirlərindən xərcləmələri tənzimləyən fiskal qaydanın tətbiqinə başlanılıb ki, bu qaydaya əsasən, hər il üzrə icmal büdcə xərcləri, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi ölkənin xalis maliyyə aktivləri əsasında müəyyən olunur ki, xərclənə bilən neft gəlirləri xalis maliyyə aktivlərinin (XMA) 30 faizindən çox ola bilməz: “Bu qaydanın tətbiqi ilə nəticə etibarilə XMA-nın tərkibinə daxil olan Neft Fondunun aktivlərinin tükənməsinin qarşısı alınır və tədricən iqtisadiyyatın neft gəlirlərindən asılılığının azalmasına şərait yaranır”, - Neft Fondundan bildirilib.

ARDNF-dən qeyd ediblər ki, bu qaydanın tətbiqinin nəticəsi olaraq 2018-ci ildən etibarən Fondun aktivlərində artım müşahidə edilir: “2019-cu ilin əvvəlinə 38,5 mlrd ABŞ dolları təşkil edən Fondun aktivləri iyunun 30 tarixinə 42,5 mlrd ABŞ dolları, yaxud 11 faizə qədər artıb”.

Son xəbərlər

Orphus sistemi