AmCham Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparır

AmCham Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparır Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minən yeni Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparır.
Maliyyə
6 Aprel , 2019 12:57
AmCham Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparır

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minən yeni Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparır. 

Bunu “Report”a açıqlamasında “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov deyib.

N.Kərimovun sözlərinə görə, müşahidələrin sonunda hökumətə hər hansı təkliflər verilə bilər.

“AmCham Azərbaycan” prezidenti Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının istifadə edilməsi ilə bağlı Vergilər Nazirliyinin atdığı addımları alqışladığını bildirib:

“Düşünürəm ki, bu şəffaflığın daha da yüksəlməsinə və vergi yığımlarının artmasına səbəb olacaq”.

Qeyd edək ki, “AmCham Azərbaycan” hər iki ildən bir "White paper" (Ağ vərəq) adlı təkliflər hazırlayaraq hökumətə və Azərbaycan Prezidentinə təqdim edir. Bu sənəddə gömrük, vergi, bank sektoru, miqrasiya, insan resursları sahələrində islahatların aparılması ilə bağlı təkliflər yer alır. Sonuncu dəfə belə sənəd 2018-ci ildə hazırlanıb.

Son xəbərlər

Orphus sistemi