AMB və ARDNF-də auditə start verilib

AMB və ARDNF-də auditə start verilib Hər iki qurumun kənar auditoru "PwC-Azerbaijan" şirkətidir
Maliyyə
106
22 Fevral , 2017 11:37
AMB və ARDNF-də auditə start verilib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) audit yoxlamalarına başlanılıb. "Report"un əldə etdiyi məlumata görə, audit yoxlamaları mart ayında bitəcək.

Məlumatda deyilir ki, hər iki qurum audit hesabatlarını kənar auditora təqdim edib və artıq fevralın əvvəlindən yoxlamalar başlayıb.

Qeyd edək ki, hər iki qurumun kənar auditoru "Pricewaterhouse Coopers (PwC) - Azerbaijan" şirkətidir.

Xatırladaq ki, "PwC Azerbaijan" həm də "Neftçi" PFK və MİDA-nın kənar auditorudur.

Son xəbərlər

Orphus sistemi