Hazırda Azərbaycanda inflyasiyanı artırıcı təsir göstərən əsas amil xarici ticarət tərəfdaşlarımızda inflyasiya templərinin yüksək olması, inflyasiyanı azaldan amil isə manatın nominal effektiv məzənnəsinin artmasıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirdiyi brifinqdə bildirib.
O, rəhbərlik etdiyi qurumun illik inflyasiya proqnozuna düzəliş etdiyini xatırladıb: "Bu il üçün inflyasiya proqnuzunu 0,3 faiz bəndi azaldaraq 5,1 %, gələn il üçün isə inflyasiya proqnozunu 0,3 faiz bəndi artıraraq 5,8 %-ə çatdırmışıq".