AMB-nin not hərracında tələb təklifi 5 dəfədən çox üstələyib

AMB-nin not hərracında tələb təklifi 5 dəfədən çox üstələyib Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101167S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
14 Mart , 2018 17:52
AMB-nin not hərracında tələb təklifi 5 dəfədən çox üstələyib
Report

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101167S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca 22 investor qiyməti 99,3812 manat (8,01%) olan 26 sifariş təqdim edib. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 039 240 500 manat (təklifdən 5,2 dəfə çox) olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 200 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi