Noyabrda bank və BOKT-ların AMB qarşısında öhdəlikləri artıb

Noyabrda bank və BOKT-ların AMB qarşısında öhdəlikləri artıb Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının bank və bank olmayan kredit təşkilatlarına xalis tələbi 2018-ci il dekabrın 1-nə 6 063,2 mln. manat təşkil edib.
Maliyyə
3 Yanvar , 2019 15:16
Noyabrda bank və BOKT-ların AMB qarşısında öhdəlikləri artıb
Report

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının bank və bank olmayan kredit təşkilatlarına xalis tələbi 2018-ci il dekabrın 1-nə 6 063,2 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-nin analitik balansına istinadən xəbər verir.

Bank və BOKT-ların öhdəliklərinin həcmi noyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 93 mln. manat və ya 1,6% artıb. 2017-ci il dekabrın 1-nə olan göstərici ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara tələbi 485,8 mln. manat və ya 7,4% azalıb.

Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi