AMB: “Nağdsız ödənişləri artırmaq üçün 5 istiqamətdə işləyəcəyik”

AMB: “Nağdsız ödənişləri artırmaq üçün 5 istiqamətdə işləyəcəyik” “Bizim islahat gündəliyimiz var və bu gündəlikdən irəli gələrək strategiyamızı reallaşdırırıq”.
Maliyyə
8 Dekabr , 2021 12:32
AMB: “Nağdsız ödənişləri artırmaq üçün 5 istiqamətdə işləyəcəyik”

“Bizim islahat gündəliyimiz var və bu gündəlikdən irəli gələrək strategiyamızı reallaşdırırıq”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.

“Bu gün rəqəmsal transformasiya seçim deyil və yaxud strategiyada 2-3-4-cü yerlərdə deyil, məhz birinci yerdədir. Nağdsız ödənişləri artırmaq üçün AMB 5 əsas istiqamətdə işlər aparmağı düşünür. İlk olaraq fintexləri dəstəkləyən hüquqi qanunvericiliyin hazırlanmasını istəyirik. Həmçinin bu sahədə inkişafa nail olmaq üçün infrastrukturun qurulması və davamlı genişləndirilməsi işləri də aparırıq. Bundan əlavə AMB, risk əsaslı nəzarət və tənzimlənmə çərçivəsinin yaradılmasına da çalışır. Həmçinin ödəniş aspektindən maliyyə inkluzivliyinin genişləndirilməsi və maliyyə savadlığının artırılması bizim məqsədlərimizdəndir.

Biz bilirik ki, qarşıdakı 5 ildə ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid etməliyik. AMB nağdsız ödənişləri genişləndirmək üçün lazımi dəstəyi verib və artıq bilirik ki, qarşıdakı 3 ildə hansı işləri görəcəyik”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi