AMB maliyyə bazarlarında kiberdayanıqlılığı artırmaq istəyir

Maliyyə
  • 22 aprel, 2025
  • 16:06
AMB maliyyə bazarlarında kiberdayanıqlılığı artırmaq istəyir

Azərbaycanda maliyyə sektorunun rəqəmsal maliyyə təşəbbüsləri üzrə gecikən fəaliyyət istiqamətləri məlum olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra statusunda bildirilir.

Sənədə əsasən, bunlar “Açıq bankçılıq” xidmətlərindən maliyyə bazarlarında istifadə edilməsi üçün mərkəzləşdirilmiş texniki infrastrukturun yaradılaraq təqdim edilməsi, virtual aktiv və onun xidməti təminatçılarına dair qanun layihəsinin hazırlanması, “Kredit təşkilatlarının borcalanlar haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nda dəyişiklik edilməsi və Maliyyə institutları üzrə İT idarəetmə çərçivəsinin formalaşdırılmasıdır.

AMB bu istiqamətdə "Açıq bankçılıq” yanaşmasının tətbiqinin sürətləndirilməsini, “Açıq maliyyə” yanaşmasına keçidin təmin edilməsini, bank müştərilərinin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinin təkmilləşdirilməsini, Data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin təkmilləşdirilməsini, datanın idarə edilməsi çərçivəsinin hazırlanmasını, həmçinin data idarə edilməsi üzrə müvafiq təcrübə və ekspertizaya malik idarəetmə strukturunun yaradılmasını, maliyyə bazarlarında kiberdayanıqlılığın və kiber risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsini, maliyyə bazarları üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin ("FinCERT") yaradılmasını hədəfləyir.

44 filmi