AMB dayanıqlı maliyyə təşəbbüsləri üzrə gecikən fəaliyyət istiqamətlərini açıqlayıb
- 22 aprel, 2025
- 15:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda maliyyə sektorunun dayanıqlı maliyyə təşəbbüsləri üzrə gecikən fəaliyyət istiqamətləri məlum olub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra statusunda bildirilir.
Sənədə əsasən, bunlar yaşıl və dayanıqlı maliyyə alətləri bazarının inkişafı üzrə əlverişli hüquqi və tənzimləyici mühitin formalaşdırılması, eləcə də iqlim və ESİ risklərinin açıqlanması üzrə əsas meyarların, habelə əmsalların müəyyənləşdirilməsi və tənzimləyici çərçivəyə inteqrasiya edilməsi, maliyyə institutlarının iqlim və ESİ riskləri üzrə məlumatları dövrü əsasda açıqlamasıdır.
AMB dayanıqlı maliyyə üzrə əlverişli mühitin formalaşdırılması istiqamətində hökumətin yaşıl suveren istiqraz buraxılışı təşəbbüslərinin dəstəklənməsini, eləcə də iqlim və ESİ amillərinin risklərin idarə edilməsi sisteminə inteqrasiyasını, maliyyə bazarlarında şəffaflıq və bazar intizamının təmin edilməsi məqsədilə İqlim və ESİ risklərinin açıqlanması üzrə əsas meyarların və əmsalların müəyyənləşdirilərək tənzimləyici çərçivəyə inteqrasiya edilməsini, həmçinin maliyyə institutlarının bu risklərə dair məlumatları dövrü əsasda açıqlamasını hədəfləyir.