AMB: Maliyyə bazarında daha sərt tələblər yeni oyunçuların daxil olmasını çətinləşdirir

AMB: Maliyyə bazarında daha sərt tələblər yeni oyunçuların daxil olmasını çətinləşdirir ​​​​​​​Azərbaycanda maliyyə bazarında daha sərt tələblərin müəyyən olunması bir sıra hallarda bazara yeni oyunçuların daxil olma prosesini çətinləşdirir
Maliyyə
15 May , 2024 12:04
AMB: Maliyyə bazarında daha sərt tələblər yeni oyunçuların daxil olmasını çətinləşdirir

Azərbaycanda maliyyə bazarında daha sərt tələblərin müəyyən olunması bir sıra hallarda bazara yeni oyunçuların daxil olma prosesini çətinləşdirir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov bu gün Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, fintex innovasiyaları qlobal maliyyə sisteminin mühüm tərkib hissəsidir və onların inkişafı yalnızca startapların deyil, bütövlükdə maliyyə xidmətləri təchizatçılarının fəaliyyətini genişləndirməkdədir: “Bu məqsədlə Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejimi formalaşdırıb. Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə tədbirləri özündə ehtiva edən qaydalar toplusudur".

R.Orucov bildirib ki, AMB-nin əsas hədəflərdən biri bərabər bazar şərtlərinin təmin olunması ilə bank olmayan ödəniş xidməti təchizatçıları, habelə fintexlərin fəaliyyətini dəstəkləməkdir: “Tənzimləyici qurumlar bazarda sabitliyin təmin olunması və müştəri hüquqlarının qorunmasını prioritet hesab edərək, normativ hüquqi çərçivəni də məhz bu prinsiplər nəzərə alınmaqla hazırlayır. Xüsusi tənzimləmə rejimi təkcə ödəniş sahəsi üzrə deyil, bütövlükdə maliyyə sektoru üzrə innovativ məhsul və xidmətlərin banklar və fintexlər tərəfindən sınaqdan keçirilməsinə imkan verməklə yanaşı, eləcə də uğursuz nəticələrin qarşısının alınmasına və maliyyə sisteminin ümumi təhlükəsizliyinin təmin edilməsinə şərait yaradır".

Son xəbərlər

Orphus sistemi