AMB: Kredit portfelinin dollarlaşma səviyyəsi aşağı düşüb

AMB: Kredit portfelinin dollarlaşma səviyyəsi aşağı düşüb Bakı. 3 yanvar. REPORT.AZ/ 2018-ci il dekabrın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 37,19%-i xarici valyutada olan kreditlərin payına düşüb.
Maliyyə
242
3 Yanvar , 2019 16:22
AMB: Kredit portfelinin dollarlaşma səviyyəsi aşağı düşüb
Report

Bakı. 3 yanvar. REPORT.AZ/ 2018-ci il dekabrın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 37,19%-i xarici valyutada olan kreditlərin payına düşüb. 

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,61 faiz bəndi azalma qeydə alınıb.

Qeyd edək ki, sözügedən nisbət 2018-ci il noyabrın 1-nə 37,8%, 2018-ci ilin əvvəlinə 40,86% olub.

2018-ci il dekabrın 1-nə kredit təşkilatlarının cəmi kredit qoyuluşu 12 564,2 mln. manat təşkil edib. Bunun da 1 688,7 mln. manatı və yaxud 13,4%-i vaxtı keçmiş kreditlər olub. 

Son xəbərlər

Orphus sistemi