AMB: Kredit portfelinin dollarlaşma səviyyəsi artıb
Maliyyə
- 04 fevral, 2019
- 11:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 fevral. REPORT.AZ/ 2019-cu il yanvarın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 38%-i və yaxud manat ekvivalentində 4 946,7 mln. manatı xarici valyutada olan kreditlərin payına düşüb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabata əsasən, kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,8 faiz bəndi artım müşahidə olunub.
Qeyd edək ki, sözügedən nisbət 2018-ci il dekabrın 1-nə 37,2%, 2018-ci ilin əvvəlinə 40,9% olub. 2019-cu il yanvarın 1-nə kredit təşkilatlarının cəmi kredit qoyuluşu 13 020,3 mln. manat təşkil edib. Bunun da 1 585,0 mln. manatını və yaxud 12,2%-ni vaxtı keçmiş kreditlər əhatə edib.
Son xəbərlər
06:08
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
Digər ölkələr
05:43
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Digər ölkələr
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region