AMB depozit hərracında 200 mln. manat cəlb edib

Maliyyə
  • 24 iyul, 2017
  • 08:41
AMB depozit hərracında 200 mln. manat cəlb edib
Report

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 676 mln. manat təşkil edib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Hərracda tələb təklifi 3,38 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

44 filmi